Bəzi nazirlər Ermənistandan qaçmağa başlayıb

8 Fevral, 09:29

Hər ay ölkəni 10 minə yaxın vətəndaş tərk edir

Ermənistanı artıq nazirlər və siyasətçilər də tərk edir.

VOİCEPRESS xəbər verir ki, siyasətçi, “azadlıq radiosu”nun keçmiş direktoru, bu yaxınlara kimi Ermənistan hökuməti yanında KİV ilə iş üzrə idarə rəisi Aqasi Yenokyan San-Fransiskoda qərarlaşıb. O “Facebook” sosial şəbəkəsindəki hesabında fikrini Lermontov şeirilə ifadə edib.

“Əlvida, kirli Rusiya”.

Buna qədər də KİV-də keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsi ilə birgə ABŞ-a, həmçinin Respublika Partiyasının Vardenis şöbəsinin və hökumətin təhlükəsizlik rəhbərinin övladları və ailə üzvləri ilə birgə ölkəni tərk etməsi barədə məlumatlar yayılmışdı.

Miqrasiya göstəricilərinə görə hər ay Ermənistandan 10 minə yaxın vətəndaş qaçır və rəsmi rəqəmlərə görə Sarkisyanın iki dəfə prezidentliyi dövründə hər 7 nəfərdən biri ölkəni tərk edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here