Səhhəti pisləşən bəstəkar: “Dərmanlarımı almağa pulum yoxdur”

0
314417

Bəstəkar Tahir Əkbərin səhhəti pisləşib.


VOİCEPRESS-in məlumatına görə, “Xəzər maqazin” bəstəkarı evində görüntüləyib.

71 yaşlı T.Əkbər dərmanlarını almağa imkanı olmadığını deyib:

“İl yarım əvvəl əməliyyat olunmuşdum. İndi məlum oldu ki, başqa bir xəstəliyim var. Bir müddətdir qızımın təhsil haqqını ödəyə bilmirəm, həyəcan keçirirəm. Düşünürəm ki, mən bunu hardan alıb ödəyəcəm. Bütün problemlər yığıldı, nəticədə halım pisləşdi. Dərmanlarımı almağa belə çətinlik çəkirəm. Eləsi var ki, bahadır ala bilmirəm. Bir az da borclarım var. Sağalım hamısını ödəyəcəm”.

T.Əkbərin qızı “71 yaşı var, son aylar çox çalışır. Görürəm ki, atam təhsilhaqqımı ödəyə bilmir, çox çətindir” deyə, bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here