Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan parlament seçkilərində iştirak etməyəcək.
VOİCEPRESS istipress-ə istinadən xəbər verir ki, bu barədə “Aykakan camanak” qəzeti məlumat yayıb.
Eks-nazir bu addımını onun təmsil olunduğu siyasi blokun ideoloji əsaslar üzərində qurulmaması ilə əsaslandırır.
Blokun idarə heyətində təmsil olunan digər bir keçmiş xarici işlər naziri Ararat Zurabyan isə qəzetin ona ünvanladığı suala cavab verməyib.
VOİCEPRESS.AZ