Misir hökuməti martın 1-dən giriş vizalarının qiymətini qaldırmaq qərarına gəlib. VOİCEPRESS xəbər verir ki, giriş vizasının qiyməti 25 ABŞ dollardan 60 dollara qaldırılacaq. 2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb, bu 2015-ci illə müqayisədə 44,3% azdır.
Afrika ölkəsi sonuncu dəfə vizanın qiymətini 2014-cü ildə 15 dollardan 25 dollara qaldırmışdı. Bir sıra turoperatorlar bu qərarın köhnə qiymətə tur alan turistlər üçün problemlər yaradacağını bildirirlər.
Qeyd edək ki, 2010-cu ildə ölkə turizm sahəsindən 11 milyard dollar əldə etmişdi.
VOİCEPRESS.AZ