Deputat yol qəzasında ölüb

25 Fevral, 08:39

Ukraynanın Dnepropetrovsk şəhərində ağır yol qəzası baş verib. VOİCEPRESS “112 Ukrayna” telekanalına istinadən xəbər verir ki, idarəetməni itirən “Mazda “ markalı avtomobil hasara çırpılıb.
Hadisə nəticəsində sürücü, Dnepropetrovsk Vilayət Sovetinin Radikal Partiyasından olan deputatı Sergey Lyaşşenko ölüb, onun sərnişini ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here