Azərbaycanlıların yaşadığı bölgədə etiraz aksiyası olub

25 Fevral, 08:47

Onlar hökumətdən kredit faizlərinin ödənilməsinin təxirə salınmasını tələb ediblər

Fevralın 24-də Saqreco rayonundakı azərbaycanlıların kompakt yaşadığı Ləmbəli və Yor-Muğanlı kəndlərində etiraz aksiyası keçirilib. VOİCEPRESS apa agentliyinə istinadən xəbər verir ki, krediti ödəməyə imkanları olmayan kənd sakinləri hökumətdən kredit faizlərinin ödənilməsinin təxirə salınmasını tələb ediblər.

Etiraz aksiyasında iştirak edən sakinlər heyvandarlığın inkişafı üçün götürdükləri kreditlərə qoyulan faizlərin düzgün hesablanmadığını bildiriblər. Sakinlərin dediklərinə görə, faizlərin ödənilmə vaxtı keçdiyindən banklar onların əmlakını hərraca çıxarıb.

Aksiya iştirakçıları həmçinin bildiriblər ki, banklar onlara heyvandarlığın inkişafı üçün kredit vermək təklifini edəndən müəyyən bir müddət sonra faizlər artıb və kredit götürənlərin ödəmə imkanı tükənib. Onlar problem həll edilmədiyi halda kütləvi etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here