VOİCEPRESS xəbər verir ki, endokrinoloqlar köklüyə səbəb olan yeni faktorları ortaya çıxarıblar. Budur insanı kökəldən yeni düşmənlər…
Yuxu problemləri
Araşdırmalar gündə 12 saatdan az yatan məktəb uşaqlarının kökəlmə riskinin 12 saat və daha çox yatanlarla müqayisədə 3.5 dəfə çox olduğunu göstərir. Maraqlıdır ki, hərəkətsizlik, uzun müddət TV seyr etmək kimi faktorların heç biri bu uşaqlara yuxu kimi təsir etmir. Alimlər bunu yuxu zamanı leptin hormonunun səviyyəsinin düşməsi ilə bağlayır. Çünki leptin vücudda metabolizmin sürətlənməsinə yardımçı olur və aclıq hissini qabaqlayır (azaldır, yaratmır). Bu, yeniyetmələrdə də eyni şəkildə olduğu üçün gecə yuxusuna xüsusilə diqqət verməniz önəmlidir. Yatmazdan qabaq yüngül bir duş qəbul etməyiniz və bir stəkan isti süd sizi daha da rahatlaşdıracaq. Əgər xroniki yuxu probleminiz varsa, bunu mütləq həkimə bildirməlisiniz.
Genetik miras
Genetika ilə əlaqəli mülahizələr bu günlərdə köklüklə bağlı araşdırmaların əsas hissəsini təşkil edir. Çünki aclığın səbəbinin bəzi genlər olduğu düşünülür. Tək yumurta əkizləri ilə aparılan araşdırmalar göstərir ki, vücud ağırlığının 70%-ni genlərimizə, sadəcə 30%-ni isə ətraf amillərə borcluyuq. Alimlər köklüyə yol açan gen sayının 30-100 arasında olduğunu deyir.
Dərmanların təsiri
Çox qadınlar hamiləlik dövründə içdiyi bəzi dərmanların yaratdığı kilo problemindən xəbərdardır. Əslində, tək hamiləlikdə qəbul edilən dərmanlar yox, çox dərmanlar köklüyə səbəb ola bilər. Ona görə də xəstəsinə dərman yazan həkimin bu barədə məlumatlı olması lazımdır. Məsələn, bəzi depressiya dərmanları 3-4 kiloya qədər çəkinin artmasına səbəb olur. Təzyiq üçün qəbul edilən dərmanlarsa əlavə 2 kilo çəki artırır. Diabet dərmanları qəbul edənlər isə 3-4 kiloya qədər kökələ bilərlər. Buna görə də xüsusilə diabet problemi olanlar idman etməklə müalicə zamanı kökəlmənin qarşısını ala bilərlər. Dərman qəbul edərkən kökəlmə ilə üzləşirsinizsə, bunu müyləq həkiminizə deməlisiniz.
Temperatur şəraiti
Üşüyərkən və ya tərləyərkən vücudumuz hərarəti tənzimləmək məcburiyyətində qalır və buna görə də enerjiyə ehtiyacı olur. İqlim isə bu funksiyanı öz üzərinə götürür. Heyvanlar üzərində edilən bir sınaqda istidə və ya soyuqda onların çəki fəri ilə üzləşmələri müşahidə olunub. Gün boyunca sabit olaraq isti və ya kondisionerlə soyudulan məkanlarda yaşayırıq. Bu temperatur orta hesabla 26 dərəcə civarındadır. Vücudunuzu zaman-zaman hava dəyişikliklərinə məruz qoyun. Məsələn, saunaya girin, ardınca da buz kimi hovuzda üzün. Hətta bəzi gecələr pəncərələri açıq qoyub yatmaqdan qorxmayın. Bu, sizin immunitet sisteminizi də hərəkətə gətirəcək, əmin olun.
Evlənməyin təsiri
Elmi araşdırmalar göstərir ki, evlilik yemək vərdişlərini həm qadın, həm də kişidə şüursuz olaraq dəyişdirir. İngiltərə Newcastle üniversitetinin alimlərinin araşdırmalarında evləndikdən sonra kişilərin daha sağlam qidalandığı, qadınlarınsa yeməklərinə diqqət etməyib, çəki artırdıqları bildirilir. Alimlərin dediyinə görə, bunun səbəbi qadınların daha çox ət və böyük miqdarda yemək yeməsi, ailə həyatı ilə bağlı stressə daha yaxın olmaları və ümumilikdə sağlam qidalanmamalarıdır.
Bəs onda nə etməli? Alimlər buna əzəli bir cavab veriblər: ya subay qalacaqsınız, ya da əvvəlki yemək vərdişlərini davam etdirəcəksiniz.
Nikotin
İnsanın siqaretdən üz döndərməsi çox gözəl bir şeydir. Ancaq bunun təsirini sadəcə ciyərlərdə və dəridə deyil, təəssüf ki, çəkidə də görürük. Amerikadakı Michigan universitetinin alimlərinin dediyinə görə, siqareti buraxdıqdan sonra çəki daha çox artır. Məsələn, siqaret çəkdiyiniz vaxtda 2-6 kilo artıq çəkiniz varsa, siqareti buraxdıqdan sonra bu artım rahatlıqla 7-8 kilo ola bilir. Çünki nikotin iştahı kəsir və metabolizmi sürətləndirir. Ancaq kilo almağa dəyər, çünki nikotindən çox səhhətə zərər verən bir şey yoxdur.
Mütəxəssislər siqareti buraxanlara xüsusilə ilk 6 ayı daha çox diqqətli olmağı məsləhət görürlər – az yeyin, daha çox idman edin.
Yaş
Araşdırmalar insanın 20 yaşına qədər hər ay 300 qram kökəldiyini göstərir. Yaşlandıqda isə əzələlərdən itiririk. 25-30 yaşlarında çəki artımı daha çox olur. Bu, 40 yaşına qədər belə davam edir. Proteinən çox istifadə etməlisiniz, əzələ gücünü artırmaq üçün ona çox ehtiyacınız var.
Stress
Amerikadakı Chicago Universitetində aparılan arşdırma göstərir ki, xüsusilə qadınlar stresli vaxtlarında lüzumsuz şəkildə kökəlirlər. Üstəlik, stress nə qədər artarsa, çəki də o qədər çox artır. Çünki stress vaxtı vücudumuzda kartizol deyilən bir maddə əmələ gəlir. Bu da piy hüceyrələrini hərəkətə gətirir və enerjinin fəaliyyətini əngəlləyir.
Bu stres həftələr boyu sürərsə, vücudda piylənmə artır. Buna görə də həmişə özünüzə xüsusi vaxt ayırın. Stressin öhdəsindən gəlmək üçün kiminləsə danışın və ya düşündüklərinizi yazın. Bu, yaxşı təsir göstərə bilər. Boston Universitetində aparılan araşdırmanın nəticələrinə görə, gərginlikdən çıxmağın ən asan yolu problemin üzərinə getməkdir.
Hər bir halda, köklükdən qurtulmaq – məqsəd deyil, sağlamlığı qorumaq üçün vasitədir. Sağlam olun…
VOİCEPRESS.AZ