Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.
VOİCEPRESS xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% zəifləyib.
Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7296 səviyyəsində müəyyən edib.
VOİCEPRESS.AZ