VOİCEPRESS bildirir ki, eyni zamanda “Azeri Dance Stars 2016” mükafatlandırılma mərasimi keçirilmişdir. Ən yaxşı 2016-cı ilin münsifi Ülviyyə Həsənova Azərbaycan Rəqs Assosiasiyası tərəfindən seçildi, həmçinin, ilin debütü və ən yaxşı debüt nominasiyalarında yeni çıxış edən kollektivlər mükafatlandırıldılar. İlin debütu mükafatına Sumqayıtdan olan “Aruz” rəqs kollektivi layiq görüldü. İlin ən uğurlu debütü mükafatına Mingəçevirdən “Sevinc” rəqs kollektivi (bədii rəhbərləri Mələk Tağıyeva) bu mükafata layiq görüldü. İlin ən yaxşı rəqqası mükafatına Dəniz Ramazanlı (“Buta” rəqs ansamblının üzvü) layiq görüldü. 2016-cı ilin ən yaxşı rəqs kollektivi mükafatına “Zirvə” kollektivi -Natella Həsənovanın sinfi layiq görüldü. Ən yaxşı xoreoqraf mükafatına Ağcəbədidən olan “Qarabağ” kollektivinin bədii rəhbərləri sahibləndilər.
“Bakı çempionatında xariçi rəqqaslar çoxluq təşkil edirdilər. Bu hal bizi sevindirməyə bilməz. Mükafatlandırılma mərasimi iki nominasiyada keçirildi. Qapalı statuslu Bakı çempionatı və Açıq statuslu Bakı çempionatı. Rəqslərə görə qiymətlər eyni olaraq qalırdı. İrandan olan iştirakçılar bizi çox sevindirdilər. Çempionatda Təbrizdən və İranın paytaxtı Tehrandan olan iştirakçılar hip-hop, Azərbaycan milli rəqsi və həmçinin İran rəqsi ilə çıxış etdilər. Çavab olaraq “Sirdaş” rəqs studiyası çox gözəl “Bandari” rəqsini göstərdi. “Bandari” İran etnik rəqsidir. Biz xoreoqrafiya akademiyasına öz tələbələrinə bizim bu yarışlarda iştirak etmələrinə imkan yaratdıqlarına görə onlara öz təşəkkürümüzü bildiririk. Kollektivlərin və studiaların birliyi Assosiasiyadır.
İndiki halda Xareoqrafiya məktəbinin tələbələri çıxış edəndə tədbirlərin ümumi səviyyəsi qalxır. Təbiidir ki, studiyaların və rəqs kollektivlərinin rəhbərləri də çalışırlar ki, öz tələbələri daha da mükəmməl iştirak eləsinlər, daha da gözəl performans göstərsinlər. Mən bütün müəllimlərə bizim bu yarışlara gəlib baxmalarını məsləhət görərdim. “Azeri Dance Starts-2016” mükafatlandırma mərasimi çox sevindirdi. Həmin gün, bildiyiniz kimi, biz yaxşıların ən yaxşılarını mükafatlandırdıq. Demək olar ki, bütün yanvar ayı ərzində bizdə 2016-cı ilə olan kolektivlərin sayını, kimlərin ən yüksək yerləri tutmalarını biz hesablayırdıq. Mən öz adımdan şəxsən Natella Həsənovanı və “Zirvə” rəqs ansamblını təbrik edirəm, onlar ilin ən yaxşı kollektivi nominasiyasında qalib gəldilər. Onların bir-birindən gözəl və fərqli rəqsləri, həmçinin xarici festivallarda iştirakları buna bir təkandır. Biz dekabrda mətbuatı məlumatlandırmışdıq ki, Gürcüstanda, Bakurianidə keçirilən festivala “Zirvə” kollektivi də qatılmışdı. Mən ilin ən yaxşı xoreoqrafları mükafatına layiq görülən “Qarabağ” kollektivini təbrik eləmək istərdim. Baxmayaraq ki, kollektiv yalnız xanımlardan ibarətdir, onlarda oğlanlar və gənclər yoxdur. Bu kollektiv hər zaman bizi öz rəqsləri, rəqs quruluşları ilə sevindirir. Mən təbrik eləmək istərdim ilin ən yaxşı rəqqası nominasiyasının qalibi Dəniz Ramazanlını. “Buta” rəqs ansamblının rəqqası. Bu qız bütün 2016-cı il ərzində çıxış elədiyi nominasiyaların, demək olar ki, hər birində birinci yerin qalibi olub. Bu, çox böyük bir zəhmətdir. Mən öz adımdan onun bədii rəhbəri Zaur Qasımovu təbrik edirəm. Bütün rəhbərləri bir daha təbrik edirəm, onlara bol-bol uğurlar diləyirəm bu çətin işlərində. Həmçinin onları 22 aprel Azərbaycan Çempionatında çıxış eləməyə dəvət edirəm. Bir daha hamıya təşəkür edirəm”, – deyə ARA-nın prezidenti və AGA-nın sədr müavini Əziz Əzizov bildirdi.
Aşağıda birinci, ikinci, üçüncü yerlərin sahiblərinin siyahısı verilmişdir:
Show Dance:
Small group – Baby – 2 place – Cingiz Mustafayev adına Zirvə rəqs ansamblı
Small group – Baby – 1 place – Cingiz Mustafayev adına Zirvə rəqs ansamblı (Kəpənək rəqsi)
Formation – Baby – 1 place – Ləman rəqs qrupu
Small group – Child – 1 place – Jam SS Bədii rəhbər Veronika Talıbova
Small group – Child – 2 place – Crazy Eyes Bədii rəhbər Aygül Məmmədova
Formation – Child – 1 place – Cingiz Mustafayev adına Zirvə rəqs ansamblı
Formation – Child – 1 place – Trio
Formation – Juniors – 1 place – The Legend
Miniproduct – 1 place – Jam SS Bədii rəhbər Veronika Talıbova
Hip – Hop Show:
Solo – Child – 1 place – Yusif Cəfərli Jam SS
Solo – Child – 2 place – Zeynəb Xələfova Jam SS
Solo – Child – 3 place – Qreçkin Roman Jam SS
Small group – Child – 1 place – Nero Kids
Bollywood:
Solo – Child – 1 place – Buta rəqs ansamblı
Duet – Child – 1 place – Buta rəqs ansamblı
Formation – Child – 1 place – Aruz rəqs qrupu
Solo – Juniors – 1 place – Buta rəqs ansamblı
Solo – Juniors – 2 place – Ləman rəqs qrupu
Duet – Adults – 1 place – Buta rəqs ansamblı
Small group – Adults – 1 place – Zirvə rəqs ansamblı, Bədii rəhbər Aysu Cəbiyeva
Belly Dance :
Solo – Adults – 1 place – Yelena Sultanova
Cheerleding:
Miniproduct – 1 place – Smiles
Folk Style:
Small group – Child – 1 place – Zirvə rəqs ansamblı, Bədii rəhbər Fərid Əliyev
Small group – Child – 2 place – Zirvə rəqs ansamblı, Bədii rəhbər Aysu Cəbiyeva
Small group – Child – 3 place – Smiles
Formation – Child – 1 place – Aruz rəqs qrupu
Formation – Child – 2 place – Buta rəqs ansamblı (Naxçıvani rəqsi )
Formation – Child – 3 place – Buta rəqs ansamblı (Milli rəqs)
Duos – Juniors – 1 place – Azəri Tacı
Duos – Juniors – 2 place – Smiles
Small group – Juniors – 1 place – Zirvə rəqs ansamblı, Bədii rəhbər Aysu Cəbiyeva
Small group – Juniors – 1 place – Ləman rəqs qrupu
Small group – Adults – 1 place – Mantre ( İran )
Miniproduct – Gəncə rəqs qrupu
Folk Etnika:
Solo – Child – 1 place – Buta rəqs ansamblı
Duos – Juniors – 1 place – Azəri Tacı
Formation – Juniors – 1 place – Təbəssüm Uşaq Musiqili Teatrı
VOİCEPRESS.AZ