İşğal olunmuş Dağlıq Qarabağda “referendumlar” keçirmək əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.
VOİCEPRESS bildirir ki, bunu trend-ə Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərini aktivləşdirmək lazımdır.
Ekspert tərəfləri münaqişənin həllində beynəlxalq hüquqa riayət etməyə çağırıb.
VOİCEPRESS.AZ