“Roma”nın yarımmüdafiəçisi Daniele de Rossi komandasını dəyişmək fikrində deyil.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı xavbek bu səbəbdən ABŞ və Çindən aldığı təklifləri qəbul etməyib.
MLS təmsilçilərindən “Nyu-York Siti” de Rossinin xidmətində maraqlı olsa da, təcrübəli futbolçu okeanın o tayına köçməyə razılıq verməyib. Çindən aldığı təklifə də “yox” deyən yarımmüdafiəçi “canavarlar”la sözləşməsinin müddətini 2 il müddətinə uzatmağa qərar verib.
De Rossi hazırda “Roma”da ilə 6 milyon avro məvacib alır. “Roma” rəhbərliyi isə futbolçunun maaşını azaldaraq, onunla yeni sözləşmə imzalamağı planlaşdırır.
VOİCEPRESS.AZ