Azərbaycan və Qazaxıstan turizm sahəsində əməkdaşlıq edə bilər

6 Fevral, 21:52

Qazaxıstan İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov turizm sahəsində qarşılıqlı əməkdaşlıq və inkişaf məsələlərini müzakirə ediblər.

VOİCEPRESS trend-ə istinadən bildirir ki, bu barədə M.İqaliyev öz “Facebook” səhifəsində məlumat verib.

Məlumatda qeyd olunur ki, görüş zamanı Astanada keçiriləcək EXPO-2017 sərgisinə turistlərin cəlb olunması məsələləri müzakirə olunub:

“Rəsmi Bakı Astanaya gələn turistlərin sonra Azərbaycana getməsində maraqlıdır. Öz növbəsində, onlar da Azərbaycana gələn turistlərin Qazaxıstana yönləndirilməsi ilə bağlı əməkdaşlıq etməyə hazırdırlar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here