Baş nazirin müavini helikopter qəzasına düşüb

12 Fevral, 23:24

Rusiyada helikopter qəzaya uğrayıb. VOİCEPRESS “RİA Novisti” agentliyinə istinadən xəbər verir ki, hadisə Teleçk gölü ərazisində baş verib və helikopter gölə düşüb. Rusiya Federasiyasının Altay Respublikasında qəzaya uğramış helikopterdə baş nazirin sabiq müavini, onun xanımı və iki uşağı olub. Məlumatda bildirilir ki, Anatoli Bannıx xanımı və iki övladı ilə helikopterin göyərtəsində olub.

Qəzaya uğrayan “Robinson R-66” helikopterinin “Altayavia” şirkətinə məxsus olduğu bildirilir. Məlumatda bildirilir ki, vertolyot səyahət uçuşu keçirirmiş.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here