Bakı şəhərinin 3 rayonunu birləşdirən yeni marşrut istifadəyə verilib.
VOİCEPRESS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 28 Мay metrostansiyası – Sahil metrostansiyası – Bayıl qəsəsəbəsi – 20-ci sahə – Bibi Heybət – Şixov çimərliyi – Binə Ticarət Мərkəzi və əks istiqamətdə hərəkət edəcək “Bakubus” avtobusları 125 №-li marşrut xətti ilə işləyəcək.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni xətt sayəsində sərnişinlərin qənaət edəcəklərini deyir. Əvvəllər bu istiqamətdə gedən vətəndaşlar iki marşrut dəyişərək 40 qəpik sərf edirdilərsə yeni 125 №-li marşrutla eyni məsafəni 25 qəpiyə gedə biləcəklər.
VOİCEPRESS.AZ