Azərbaycanda əhali bankları boşaldır

12 Fevral, 23:20

Ötən 2016-cı ildə Azərbaycanda dollar depozitlərinin 18%-ə qədər azalmasının çeşidli səbəbləri var. VOİCEPRESS-in məlumatına görə qtisadlçı ekspert Samir Əliyev bu barədə istipress-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əsas problem banklarda bağlıdır: «Birincisi, banklar dollar depozitlərinə çox aşağı faiz verir. Müştəri də 2-3%-ə görə pulunu riskə atmaq istəmir və evində saxlamağa üstündük verir».

Samir Əliyevin fikrincə, dollar depozitlərinin azalmasının ikinci səbəbi bank sisteminə etibarın azalması ilə bağlıdır: «Ölkədə ötən il 11-ə yaxın bank bağlanıb. Bu banklardan dollar depozitini geri çəkmiş müştərilər onu bir daha banka qoymaq istəmədilər. Çünki pulu qoyduqları növbəti bankın da bağlanmasından qorxurlar».

Azərbaycanda əhali bankları boşaldır

Mərkəzi Bankın açıqladığı statistik məlumatlara görə, 2016-cı ildə ev təsərrüfatlarının kredit təşkilatlarında yerləşdirdikləri əmanət və depozitlər təxminən 2 milyard manat azalaraq 7,4 milyard manata düşüb. Elə həmin göstəricilərdən görünür ki, azalmanın əsas hissəsi dollar əmanətlərinin payına düşüb. Məsələn, elə xarici valyutada qoyulmuş müddətli əmanətlər 2,1 milyard manat azalıb və 4,787 milyard manata bərabər olub. Tələb olunanadək qoyulmuş dollar əmanətləri də təxminən 0,1 milyard manat azalıb.

Əvəzində isə ötən il manat əmanətləri 5,7 faiz artıb. Düzdür, əsas artım tələb olunanadək qoyulmuş əmanətlərdə müşahidə olunub, amma müddətli qoyulan manat depozitlərində elə də ciddi azalma baş verməyib və azalma təxminən 6% təşkil edərək toplam göstərici 927 milyon manata bərabər olub.

Halbuki tamam bunun əksi gözlənirdi və devalvasiyadan sonra əhalinin banklarda manatla vəsait qoymaqdan çəkinəcəyi düşünülürdü. Göründüyü kimi banklarda depozit kimi saxlanan 20 manatdan yalnız 1-i çıxarılıb.
Samir Əliyev bunu bankların manat depozitlərinə yüksək faiz dərəcələri tətbiq etməsi ilə əlaqələndirir: “Banklar manat depozitlərinə 15% təklif edirlər. Buna görə də müştərilər vəsaiti müddətli qoysalar da, bir neçə illiyə yox, bir neçə aylığa yerləşdirirlər. Yəni bu qısa müddətdə milli valyutanın elə də ciddi ucuzlaşacağını güman etmirlər”.

Amma istənilən halda, banklarda manat depozitləri dollar depozitlərindən 5 dəfə azdır. Yəni depozitlərin 85%-i dollarladır və bu əmanətlər də getdikcə bankları təkr edir. Nəticədə, Azərbaycanın boşalmış bankları iqtisadiyyatın əsas hərəkətverici qüvıəsi olmaq funksiyasını itirirlər, iqtisadiyyatın qeyri-neft sektorunun kreditləşmə və iş fəallığı aşağı düşür ki, bu da hökumətin qarşısına qoyduğu indiki trendlərə uyğun gəlmir. Yəni qeyri-neft sektorunun canlanması üçün manatla verilən müddətli kreditlərə ehtiyac var. Manatla depozitlər olmadığı təqdirdə bu kreditlər üçün vəsaitlər də olmayacaq və hökumət bunun üzərində baş sındırmalıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here