Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

24 Fevral, 04:48

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanıb.



Fövqəladə Hallar Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here