Qaraciyər ən böyük daxili orqandır. O, eynilə bir saat kimi davamlı olaraq işləyir. Qaraciyər öz-özünü yeniləmək qabiliyyətinə malikdir. Bu orqan yediyimiz bütün yeməklərin, içdiyimiz içkilərin, qəbul etdiyimiz bütün dərmanların həzm edilməsi, bədənə faydalı hala gətirilməsi ilə məşğul olur. Eyni zamanda, istifadə edilməyən və bədənə zərər verən qisimlərin zərərsiz hala gətirilərək orqanizmdən uzaqlaşdırılmasını təmin edir.
VOİCEPRESS-in məlumatına görə, pis vərdişlər, həddən artıq yağlı və duzlu qidalar, kimyəvi maddələrə məruz qalmaq qaraciyərə mənfi təsir edir.
Bu orqan xəstələndikdə, bütün bədən üçün təhlükəli vəziyyət yaranır. Odur ki, qaraciyərin sağlamlığını qorumalı, onun qayğısına qalmalıyıq. Bəs, bunu necə etmək olar?
Qaraciyəri Hepatit B və C kimi müalicəsi mümkün olmayan və qaraciyər çatışmazlığına gətirib çıxaran təhlükəli viruslardan müdafiə etməliyik.
Fərdi gigiyena qaydalarına əməl etmək vacibdir.
Belə viruslar daha çox cinsi yolla yoluxduğu üçün cinsi əlaqə zamanı kondomlardan istifadə etmək məsləhət görülür. Qan yoluyla keçməsinin qarşısını almaq üçün isə etibar etmədiyiniz diş həkimlərindən uzaq durmalı və gözəllik salonlarına gedərkən öz şəxsi darağınızı, manikür dəstinizi və digər alətləri aparmağınız vacibdir.
Hazırda bir çox salonda belə virusları məhv etmək məqsədi güdən xüsusi aparatlar olsa da, çox vaxt onlardan düzgün istifadə edilmir. Ən lüks gözəllik salonlarında belə səhlənkarlığa yol verilə bilər. Ona görə də siz öncədən tədbir görün.
Qaraciyərinizin sağlam olmasını istəyirsinizsə, köklüklə mübarizə aparın. Çünki artıq kilo və şəkər xəstəliyi qaraciyər yağlanmasının əsas səbəbləridir.
Bu problem əvvəl başlayanda elə də təhlükəli olmur. Ancaq qarşısı alınmadıqda “yağlı hepatit” adı verilən qaraciyər iltihabına səbəb olur.
Sağlam qidalanma, aktiv həyat tərzi, idman sayəsində çəki atmaq və ya ideal çəkidə qalmaq mümkündür.
Yağlı və karbohidratlı qidalardan uzaq durun, tərəvəz və meyvəyə üstünlük verin.
Əzələ gücünün qorunması və artırılması, qaraciyər problemlərinin qarşısını ala bilər.
Ona görə də idmanı həyat tərzinizə çevirin.
Spirtli içkilərdən uzaq durun. Hətta qaraciyərinizdə problem varsa, ümumiyyətlə, imtina edin. Sağlam insan üçün belə təhlükə mənbəyi olan spirtli içkilər sizin əsl düşməninizə çevrilə bilər.
Həkimlə məsləhətləşmədən ən adi ağrı kəsici dərmandan belə istifadə etmək olmaz. Çünki dərman alarkən onun əks təsirlərinə diqqət yetirin. Bəzi dərmanlar qaraciyərə pis təsir edə bilər.

VOİCEPRESS.AZ