Son 24 saat ərzində Yəməndə hökumət qüvvələri və qiyamçı husilər arasında silahlı toqquşmalar nəticəsində 100-dən çox insan ölüb.
VOİCEPRESS bildirir ki, apa-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 90 qiyamçının cəsədi Xodeyda şəhər xəstəxanasına, hökumət qüvvələrinin 19 hərbçisinin cəsədi isə Ədən körfəzi sahilindəki Ədən şəhər xəstəxanasına gətirilib.
ABŞ-ın Yəmənin Əl-Beyda əyalətində pilotsuz təyyarələr və vertolyotlar vasitəsi ilə zərbə endirməsi nəticəsində isə 41 “Əl-Qaidə” terrorçusu öldürülüb, 16 din sakin həyatını itirib.
VOİCEPRESS.AZ