Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ prezidenti Donald Trampı miqrasiya siyasətini sərtləşdirməsi ilə əlaqədar tənqid edib.
VOİCEPRESS bildirir ki, apa-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Fransa xarici işlər naziri deyib ki, terrorizm təhlükəsi qarşısında qorxu qaçqınları yerləşdirməkdən imtina etməyə əsas ola bilməz.
Jan-Mark Eyro bildirib ki, qaçqınların qəbulu həmrəylikdən doğan borcdur: “Terrorizmin vətəndaşlığı yoxdur. Diskriminasiya cavab ola bilməz”.
Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqrammı 120 gün müddətində dayandırıb. Bu müddət başa çatdıqdan sonra ABŞ il ərzində sığınacaq verəcəyi miqrantların sayı 50 min nəfərdən çox olmayacaq.
VOİCEPRESS.AZ