VOİCEPRESS publika.az-a istinadən bildirir ki, Çin astrologioysına əsasən ümumilikdə gələn il gözlənilməz görüşlərlə, səfərlər və parlaq hadisələrlə zəngin olacaq. Yeni insanlarla tanışlıq isə hər birimizin taleyinə çox böyük təsir göstərəcək. Xarici mətbuata əsasən bu il ikinci yarısını tapan, yaxud subay qalan bürclərin proqnozunu təqdim edirik.
Qoç
Od ünsürü olan Qoçları gələn il harmoniya və qarşılıqlı anlaşma gözləyir. Onların şəxsi həyatı çox uğurlu keçəcək. 2017-ci il ciddi əlaqələrin olması və nikaha daxil olmaq baxımdan ideal zamandır. Amma yeni romantik tanışlıqların fonunda Qoçlara sağlamlığına və öz zahirinə böyük diqqət ayırmaq da məsləhət görülür.
Buğa
Bu bürcün nümayəndələrinin şəxsi həyatı isə 2017-ci ildə kifayət qədər sabit və maraqsız keçəcək. Buğalar üçün intriqalı görüşlər və çoxlu yeni tanışlıqları gözlənilir, amma onların hamısı yalnız ötəri hisslər olacaq. Odur ki, Buğalar Xoruz ilinə sevgi cəbhəsində yeni zirvələr qazanmaq üçün gözəl fasilə kimi baxa bilərlər. Onlar üçün bu sahədə kəskin dəyişikliyi gələn ilə saxlayaq.
Əkizlər
Şəxsi həyatdakı uğursuzluqlar Əkizlərin əvvəlcə qanını qaraldacaq. Qırmızı Xoruz ili onlar üçün ayrılıq və itki ilə başlayacaq. Lakin sonda baş vermiş dəyişikliklər onların yalnız xeyrinə olacaq. Bir çox Əkizlər ikinci yarına məhz 2017-ci ildə rast gələcək. Onlar üçün olduqca mühüm olan hadisə dəyişikliyə hazır olmalarıdır.
Xərçəng
İlin əvvəlində su ünsürü olan Xərçənglərlə Alovlu Xoruzu ili arasında sərt qarşıdurma olacaq. Və gələn ili onlar müdafiə mövqeyində keçirməli olacaq, çünki bu bürcün nümayəndələrinin bir çoxunun münasibətləri ayrılıq ilə nəticələnəcək. Ona görə də Xərçənglər üçün artıq mövcud olan münasibətlərini qoruyub saxlanmaq daha mühümdür. Amma payıza qədər hər şey sakitləşəcək və şəxsi həyatda coşqun sevgi məcrası yenidən əvvəlki vəziyyətinə qayıdacaq.
Şir
Əzəmətli Şirlər zəhlətökən pərəstişkarlarının görüş təklifləri və hədiyyələrindən təkəbbürlə imtina edəcək. Bütövlükdə Şirlər üçün Xoruz ili sevginin tam hakimiyyəti altında keçəcək. Yeri gəlmişkən, sevgi qurbanları da çox olacaq. Amma Şirlər üçün şəxsi həyatında çox vacib mövqeləri olan insanları qoruyub saxlanmaq daha əhəmiyyətli olacaq.
Qız
Torpaq ünsürü olan bu bürcün nümayəndələri üçün sədaqət və vəfa, aldadıcı tanışlıq və həyəcanlı macəralarda daha vacibdir. Güclü və özünə inamlı Qızlar gələn il məhəbbət döyüş meydanlarında öz statusunun təsdiqlənmək üçün axtarışa çıxmayacaq. Artıq yaranmış əlaqələrin inkişafı, dərinləşməsi və qorunması onlar üçün daha önəmli olacaq.
Tərəzi
Təmkinli və sakit Tərəzilər gələn il hamını təəccübləndirəcək. Daim nəzarət altında olan emosiyalar azadlığa çıxacaqlar. Onlar Xoruzun qanadı altında himayə olunacaq, həmçinin əks cinsin nümayəndələrinin başını döndürəcəklər. Əksər Tərəzilər növbəti 12 ay ərzində əvvəlki münasibətlərinə son qoyacaq və dərhal yeni dərhal yenilərinə başlayacaqlar. Daha möhkəm və uzunömürlü.
Əqrəb
Bu zodiak işarələrinin nümayəndələrinin mürəkkəb xarakteri məhəbbət aləmində onlara gələn il hər vəchlə mane olacaq. Onların özünü yüksək qiymətləndirməsi və eqosentrizmi yeni tanışlarını qorxuda bilər. Odur ki, əgər Əqrəblər şəxsi həyatda yenilik baş verməsini istəyirsə, ilk növbədə özünü dəyişdirməlidir. Bağışlamağı, qüsurları aradan qaldırmağı öyrənməli, eyni zamanda təmkin və diplomatik hərəkət etməlidir.
Oxatan
Gələn il Oxatanlar üçün şəxsi münasibətlər baxımdan yüksək səviyyədə keçəcək. Sevgi sahəsində onlar üçün həm təsadüfi və qısamüddətli romanlar, həm də ağrılı ayrılıqlarla əlamətdar olacaq. Onların parlaq yaradıcılıq təbiəti Alov Xoruz ilində özünü qaynar və coşqun şəkildə göstərəcək. Xüsusi ilə sənət nümayəndələrinin şəxsi həyatı dolu keçəcək.
Oğlaq
Digər bürclərlə müqayisədə ziyalı və ağıllı Oğlaqlara heç də asan olmayacaq. Xoruz ilində Oğlaqlar şəxsi həyatının uğurlu alınması üçün öz zahiri görkəminə diqqət ayırmalı olacaq. Effektli zahiri görünüş onlara kütlə içində itməyə kömək edəcək, ləyaqət və məziyyətlərini vurğulayacaq. Xərclədiyi səylər əbəs yerə getməyəcək, 2017-ci il maraqlı tanışlıqlar və romantik qələbələri ilə yekunlaşacaq.
Dolça
Onlar gələn ili ailəsinin himayəsi altında işarəsi altında keçirəcək. Dolça bürcləri arasında ailə quran və ana olmağa hazırlaşanlar üstünlük təşkil edəcək. Amma onların nailiyyətləri ciddi münasibətlər axtarışları sayəsində reallaşacaq. Fəal və ünsiyyətcil Dolçalara yeni sevgi əlaqələri qurmaq, eləcə də ağrısız bitirmək asan olacaq. Odur ki, ailə qurmaq üçün yeni namizəd axtarışlarına çıxın.
Balıq
Soyuq Balıqlar gələn il öz dünyalarını təzə və parlaq boyalarla bəzəməyə gözəl imkanlar qazanacaq. Onların şəxsi həyatında heyrətamiz dəyişikliklər baş verəcək. Bu bürclərin həyatlarını tamamilə dəyişən gözlənilməz görüşlərin yay aylarına təsadüf etməsi proqrozlaşdırılır. Qırmızı Xoruzu ilində bir çox Balıqlar özlərinə qətiyyən oxşamayan, ancaq ideal tərəf müqabili ilə tanış olacaqlar.
VOİCEPRESS.AZ