Dünyanın ən yaşlı adamı olan Mbah Gotho 146 yaşını qeyd edib.
VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, İndoneziyanın Orta Cava bölgəsində yaşayan Gothonun doğum günündə qohumları iştirak edib.
O, 1870-ci ildə anadan olub. Ölümə hazır olduğunu deyən 146 yaşlı qoca vaxtının çox hissəsini radio dinləyərək keçirdiyini bildirib.
M.Gotho uzun ömrə sahib olmağın sirrini səbirli olmaqda görür.
VOİCEPRESS.AZ