Xalça muzeyində “Keçə sənətinin tarixi” mövzusunda mühazirə keçirildi

9 Yanvar, 14:38

Azərbaycan Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, keçəçi rəssam Rauf Əbdülhüseyn oğlunun “Keçə sənətinin tarixi” mövzusunda mühazirə keçirildi.

VOİCEPRESS xəbər verir ki, mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən geniş məlumat verildi. Mühazirədə Azərbaycan Dövlər Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və “ASAN Könüllüləri” gənclər təşkilatının 15 nəfər üzvü iştirak etdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here