Serj Sarkisyana ölüm hökmü tələb edən yazıçı, onu dəstəkləyənləri terrorçu adlandırıbSerj Sarkisyana ölüm hökmü tələb edən erməni yazıçısı, onu dəstəkləyənləri terrorçu adlandırıb…
Əldə edilən məlumata görə, bir qrup millətçi Anna Paytyanın ümumi dostlarını və tanışlarını aşkar edərək, onların ünvanına təhdidlər yollamağa başlayıblar.
Azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını təşkil etmək ehtiyacının olması haqqında təklif irəli sürənlər də, tapılıb.
“Bu qədər zəhlətökən rəqibdən qurtulmaq üçün ermənilər yeni Xocalı təşkil etməyə məcbur olacaq. Bu müharibənin başqa nəticəsi yoxdur”, deyə sosial şəbəkə istifadəçisi Nune Mkrtçyan (Mkrtchyan Nune) yazıb.
Lakin ən maraqlısı da, odur ki, erməni cəmiyyəti içində Anna Paytyanın bu cür cəsarətli addımını dəstəkləyənlər də, var. Buna misal olaraq, Gümridən fəal Anna Avetisyanı göstərmək olar.
“Siz birmənalı olaraq, haqlısınız. Bunlar isə yalnız təbliğatla məst edilmiş xalqdır, nə arxivi oxuyublar, nə də tarixi. Onlardan hətta birinə cavab vermək kifayətdir ki, ölkəni səs-küy bürüsün”, – Avetisyan qəzəblə bildirib.
Yazıçı Anna Paytyanın onu zəhərləyənlərə cavabı da, özünü çox gözlətməyib: “Serj Sarkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur. Qulaq asın, boz canavarlar sürüsü. Siz, sanki, yəhudilərə nifrət yayan antisemitlərsiniz, Serjikin puluna türklərə, gürcülərə, azərbaycanlılara və s. xalqlara nifrət yayırsınız. Sizin hamınızı həbs etmək və normal cəmiyyətdən təcrid etmək lazımdır. Çünki siz terrorçusunuz. Serj Sarkisyan iddia edir ki, Xocalı soyqırımı olmayıb. Bu isə düpədüz açıq yalandır. Bu insan ölüm cəzasına məhkum olunmalıdır… Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək. Serj Sarkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası verilməlidir!”.
VOİCEPRESS.AZ