“Türkiyə parlamentinin sədri İsmail Kahramanın səhhəti yaxşıdır”.
VOİCEPRESS “Haber7″yə istinadən xəbər verir ki, bunu onun müalicə olunduğu Güvən xəstəxanasından bildiriblər.
Məlumata görə, onun ağciyərində infeksiya təsbit edildiyindən müalicəsi ciddi rejimdə davam etdirilir.
Xəbərdə həmçinin vurğulanıb ki, İsmail Kahraman Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrə qatılmayacaq və bu məsələ ilə bağlı parlamentdəki səsvermədə iştirak edə bilməyəcək.
VOİCEPRESS.AZ