İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib
Türkiyə parlamenti prezident idarə üsulu haqqında dəyişiklikləri bəyənib.
VOİCEPRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yanvarın 21-də baş tutub. Parlamentin deputatları konstitusiyaya prezident idarə üsulunun tətbiqi ilə bağlı olan dəyişikliklərdən ibarət qanun layihəsini dəstəkləyib.
. AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.
Səsvermədən sonra çıxış edən baş nazir Binəli Yıldırım konstitusiyaya dəyişikliklərlə bağlı “artıq qərar millətimizindir, millətin verdiyi qərarın başımız, gözümüz üstündə yeri var” deyib.
VOİCEPRESS.AZ