Badamcıq vəzisi şişinə qarşı təsirli vasitə

21 Yanvar, 08:22

Badamcıq vəzisinin ən mühüm vəzifəsi tənəffüs yoluyla boğaza qədər gələn mikrobları təmizləməkdir.


VOİCEPRESS
deyerler.org-a istinadən bildirir ki, ancaq bəzən badamcıq vəzisi özü zəhərlənir və iltihablanır. Bu halda badamcıqlar şişir. İndi isə, gəlin bu şişlərdən qurtulmağın yolları ilə tanış olaq:

1.
Badamcıq vəzisi şişində udqunmaq olduqca çətindir, bu səbəbdən maye halında olan qidalar qəbul edin. Tərəvəz şorbası, toyuq şorbası kimi şorbalar həm qidalandırır, həm də yemək yeyərkən ağrıları minimuma endirir.
2. Bu dövrdə orqanizmin ehtiyac duyduğu vitamin və mineralları almaq üçün təzə sıxılmış meyvə və tərəvəzlərin suları içilməlidir.
3. Boğazınıza ziyan vuran həddən artıq ədviyyatlı yeməklərdən və qəhvədən uzaq durun.
4. Boğazının quru olmasının qarşısını almaq üçün oturduğunuz yerin və yataq otağınızın havasını nəmləndirin.
5. Dincəlin. İstirahət infeksiyanın tezliklə bədəndən atılmasına yardımçı olur.
6. Şişlik 7-8 gün ərzində keçməyibsə, ən azından yaxşılaşma əlaməti verməyibsə, həkimə müraciət edin.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here