Ölkənin cənubunda yerləşən 12 əyalətin minlərlə sakini evlərindən didərgin düşüb
Tailandın cənubunda güclü daşqınlar 80 nəfərin həyatına son qoyub. VOİCEPRESS TASS-a istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən 12 əyalətin minlərlə sakini evlərindən didərgin düşüb.
Ölənlərlə yanaşı, 4 nəfərin itkin düşdüyü deyilir.
Qeyd edək ki, daşqınlar yanvarı əvvəlində yağıntıların artmasından sonra yaranıb. Sinoptiklər istirahət günlərində daha 7 əyalətdə yağmurlu hava şəraitinin olacağını proqnozlaşdırır.
Daşqınlar ölkənin iqtisadiyyatına da ciddi ziyan vurub. Belə ki, yüzlərlə zavod və fabrik su altında qalıb. Dəymiş ziyanın miqdarı 2,8 mlrd. dollar civarındadır.
Ölkənin baş naziri Prayut Çan-Oça bu daşqınları “son 30 ilin ən güclü daşqını” adlandırıb.
VOİCEPRESS.AZ