Türkiyədə daha bir dəhşətli terror-VİDEO-Yenilənib

5 Yanvar, 17:37

Ölən və yaralananlar barədə məlumat yoxdur.

18:47
VOİCEPRESS CNN Türk-ə istinadən xəbər verir ki, terror aktı nəticəsində 2 nəfər şəhid olub. Onlardan biri polis, digəri isə ədliyyə işçisidir. İzmir valisi Erol Ayyıldız bildirib ki, terrorçuların hamısının öldürülüb.

Belə ki, polis şübhəli maşını saxlayıb. Yoxlamaq istəyərkən atışma başlayıb. Nəticədə bir polis və bir ədliyyə məmuru şəhid olub. 5 yalarlı var. Terrorçular isə öldürülüb.

İkinci şübhəli maşın isə kontollu şəkildə partladılıb.

Məlumata görə, terrorçuların üzərində 8 əl bombası olub.

İlkin versiyaya görə, terror aktını PKK törədib.
18:17

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.

VOİCEPRESS-in “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, iki terrorçu öldürülüb, biri axtarılır.

17:37
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını gəlib

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, İzmir şəhərində partlayış baş verib. Ədliyyə binası yaxınlığında atışma baş verib və nəticədə terrorçulardan biri öldürülüb. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

Ətraflı məlumat veriləcək.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here