Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD terror təşkilatının 180 obyektinə zərbə endirib.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, zərbələr nəticəsində 17 İŞİD üzvü zərərsizləşdirilib.
Ümumulikdə, “Fərat qalxanı” başladıqdan Suriyada 1875 kvadratmetr ərazi terrorçulardan təmizlənib, 2000-dən çox silahlı zərərsizləşdirilib.
VOİCEPRESS.AZ