“Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu”

22 Yanvar, 12:08

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Donald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, Frank-Valter Ştaynmayer bunu “Bild am Sonntag” nəşrinə yazdığı məqaləsində qeyd edib.

Almaniya xarici işlər naziri bildirib ki, D. Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası nəhayət, keçmişdə qaldı: “XXI əsrdə dünya nizamına baxışın necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır”.

Frank-Valter Ştaynmayer məqaləsində rəsmi Berlinin ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.

Qeyd edək ki, xarici işlər naziri postunu tərk etməyə hazırlaşan Frank-Valter Ştaynmayer Almaniyada prezidentliyə ən real namizəddir. Onun namizədliyini xristian demokratlar, sosialistlər dəstəkləyir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here