2016-cı il noyabrın 29-da faciəvi təyyarə qəzasında heyətinin əksər futbolçularını itirən “Chapecoense” həmin hadisədən sonra ilk matçını keçirib.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, klub yoldaşlıq görüşündə “Palmeiras”la 2:2 hesablı heç-heçə edib.
Oyundan əvvəl Medelyin yaxınlığında baş vermiş qəzadan sağ qurtulan Neto, Follmann və Alan Ruşelə Cənubi Amerika kuboku təqdim olunub.
VOİCEPRESS.AZ