ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək.
VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən deyib.
“ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”, deyə D.Tramp bildirib.
Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.
VOİCEPRESS.AZ