Mərasim yerli vaxttla 09:30-da Kapitolinin qərb pilləkənləri önündə musiqiçilərin və sənətçilərin çıxışları ilə başlanıb. 16 yaşlı müğənni Ceki İvanko ABŞ-ın himnini ifa edib.
Daha sonra Birləşmiş Ştatların siyasi və dini liderlərinin çıxışları olub.
İnauqurasiya komitəsinin sədri Roy Blant, daha sonra kardinal Timoti Dolan çıxış ediblər.
Təntənəli mərasimin musiqi müşayiəti Missuri Universitetinin xoruna həvalə olunmuşdu.
ABŞ Senatındakı demokratik azlığın lideri Çarlz Şumer isə nitqində deyib: “Burada ölkəmin gələcəyinə əmin olaraq yalnız bir səbəbdən durmuşam. Sizə görə, amerikalılaar görə durmuşam. Hakimiyyətin dinc ötürülməsi Amerikanı Amerika edir”.
Bundan sonra vitse-prezident Mayk Pens and içib. Hakim Con Roberts isə ABŞ-ın 45-ci prezidenti Donald Trampın andını qəbul edib.
İnauqurasiya mərasimində ABŞ-ın sabiq prezidentləri Corc Buş və xanımı Lora, Bill Klinton və xanımı, prezident seçkilərini Trampa uduzmuş Hillari Klinton da vardı.
Donald Tramp və Barak Obama 45-ci prezidentin andiçmə mərasimi üçün Capitol binasına gəlib.
Tramp bu gün prezidentlik and içib.
Əlini qaldıraraq o deyib: “Mən təntənəli şəkildə and içirəm ki, Birləşmiş Ştatların Prezidenti Ofisini sədaqətlə icra edəcəyəm və Birləşmiş Ştatların Konstitusiyasını var gücümlə qoruyacaq, müdafiə edəcəyəm”.
Onlarla Tramp müdafiəçisi ölkənin müxtəlif yerlərindən mərasimi izləmək üçün paytaxta gəlib.
Bu gün 150 qara paltarlı etirazçı Vashington boyunca yürüş edərək pəncərələri sındırıb, zibil qutularını küçələrə ataraq blokada yaratmağa cəhd edib.
“Distrupt J20” adlı digər bir qrup isə təhlükəsizlik məntəqələrini blokadaya almağa cəhd göstərib.
Minlərlə polis küçələrə yeridilib, kilometrlər boyunca baryerlər andiçmədən öncə təhlükəsizlik məqsədilə yaradılıb.
“Mən bura tarix üçün gəlmişəm, – 24 yaşlı old Kevin Puçalski deyib. – Bu mənim səs verdiyim və qalib gələn ilk prezidentdir”.
* * *
Trampın ailə tövratı üzərinə əl qoymaqla andını Ali Məhkəmənin baş hakimi Con Roberts qəbul edib. Penc isə Ali Məhkəmənin hakimi Klarens Tomas qarşısında and içib.
İnaqurasiyadan bir gün öncə Tramp millətin “qiyamət səhnə” müşahidə edəcəyini bəyan edib.
Tramp vəd edir ki, o, ölkənin vəhdəti üçün mübarizə aparacaq və “Amerikanı hamı üçün möhtəşəm” edəcək.
Linkoln Memorialında düzənlənən inaqurasiya konsertinin ardınca Tramp kütlələrə dünya boyu milyonlarla insanın inaqurasiya mərasimini seyr etdiyini bildirib.
Trampın Ağ Ev sözçüsü Şon Spayser növbəti prezidentin öz nitqinə düzəlişlər üzərində işlədiyini bildirib.
Spayserin sözlərinə görə nitq “çox şəxsi” olacaq və Trampın Amerika üçün baxışını sərgiləyib.
Tramp öz nitqində Amerikanın üzləşdiyi problemlərə toxunacağını bildirib, deyə Spayser əlavə edib. Onun sözlərinə görə Trampın mesajı qanunverici agendadan yox, fəlsəfi baxışlardan söz açıb.
İnaqurasiyadan bir gün öncə Tramp Linkoln Memorialında konsertə qatılmış, Arlinqton Milli Qəbiristanlığında əklil qoymuşdur.
Daha sonra Tramp və gələcək vitse-prezident Mayk Pens Vaşinqtonun “Union Station” deposunda kampaniya donorları üçün şam ziyafəti keçiriblər.
Tramp adi vətəndaş olaraq sonuncu gecəsini hökumətin fəxri qonaqlar üçün nəzərdə tutduğu Blair House-da keçirib. Bu bina Pennsilvaniya xiyabanında Ağ Evlə üzbəüz yerləşir.
* * *
Tramp və vitse-prezident seçilən Mayk Pens 400 mindən çox hərbi qulluqcu və onların ailə üzvlərinin dəfn edildiyi Arlinqton məzarlığında təşkil edilən mərasimdə əklillər qoyub.
Daha sonra Tramp Linkold Memorialındakı konsertdə çıxış edib.
Axşam isə Tramp, Pens və yeni administrasiyasının üzvləri seçki kampaniyasının donorları ilə şam işığı altında təşkil edilən şam ziyafətində iştirak edib.
Tramp adi vətəndaş kimi son gecəsini Ağ Evin qarşısındakı Bler-Housdakı qonaq evində keçirib.
Cümə
Cümə günü Ağ Evin Barak Obamadan Donald Trampa təhvil verildiyi gündür.
Tramp ailəsi ilə bərabər Ağ Evdə Barak Obama və birinci xanım Mişel Obama ilə qəhvə içməzdən öncə dini mərasimdə iştirak edib.
Obama və Tramp Kapitoli binası önündə keçiriləcək andicmə mərasiminə birlikdə gedib.
Trampın ailə tövratı üzərinə əl qoymaqla andını Ali Məhkəmənin baş hakimi Con Roberts qəbul edəcək. Penc isə Ali Məhkəmənin hakimi Klarens Tomas qarşısında and içəcək.
Hər bir prezidentin etdiyi kimi Tramp da inaqurasiya nitqi ilə çıxış edəcək.
Bundan sonra Obama üzəl vətəndaş həyatına başlayacaq.
Yeni administrasiyanın şərəfinə Kapitoli binasında nahar ziyafəti təşkil ediləcək. Ziyafətdən sonra Trampla Pens Pennsilvaniya prospektində keçiriləcək parada qatılacaq.
Axşam isə onlar ənənəsi 1809-cu ildə qoyulan 3 rəsmi balda iştirak edəcək.
Şənbə
Şənbə gününün səhəri Vaşinqtonun Milli Kafedralında keçiriləcək səhər yeməyi tədbirindən sonra inaqurasiya mərasimləri başa çatacaq.
* * *
ABŞ-ın növbəti prezidenti Donald Trampın yüzlərlə tərəfdarı inaqurasiya mərasimində iştirak etmək üçün motosikletlərlə Vaşinqtona axışıb.
Motosikletçilərin “Tramp üçün yürüş”ü inaqurasiya paradlarının martşutu ilə irəliləyib.
İnaqurasiya yürüşünə 5 min motosikletçi qatılıb.
Tədbirin təşkilatçısı Kris Koks deyib ki, ilk dəfə 2015-ci ilin oktyabr ayında 100 nəfər yürüşə qatılmışdı. Hazırda bu qrupun üzvlərinin sayı 200 min nəfərdən ibarətdir.
Koks inaqurasiya yürüşünə 5 min motosikletçinin qatılacağını bildirib. Tədbir Tramp tərəfdarlarının keçirdiyi ən böyük yürüş olub.
Qrupun Facebook səhifəsində bildirilir ki, tədbirdə veteranların şərəfləndirilməsi üçün nitqlər söylənib.
Dünən Vaşiqnton ətrafında 200 üzvün iştirakı ilə 30 dəqiqəlik motosiklet yürüşü keçirilib.
* * *
Donald Trampın çıxışları və ya nə deyəcəyi ona nəzarət edə bilməyən köməkçilərini narahat edir.
Donald Trampın prezident seçilməsindən bir neçə saat sonra kəşfiyyat rəsmilərinin Rusiyanın seçkilərə müdaxiləsi barədə xəbərini Associated Press-in müxbiri alıb və müsahibə almaq üçün yeni seçilmiş prezidentə zəng edib. Müxbirin zənginə cavab verən olmayıb. Mesaj qoymayan müxbirə bir saatdan sonra Tramp geri zəng edib.
Ümumiyyətlə hansısa siyasətçinin, əsasən də Birləşmiş Ştatlara yenicə prezident seçilmiş bir şəxsin tanımadığı bir nömrəyə geri zəng etməsini təsəvvür etmək çətindir.
Prezident seçildikdən bir həftə sonra belə Tramp üçün bu zəng biznes partnyorlarına, köhnə dostlarına, konqres nümayəndələrinə və ya xarici liderlərə etdiyi kimi adi zəng idi.
Lakin cümə günü prezidentlik vəzifəsinin icrasına başlayan Trampın Android mobil telefonu artıq Milli Kəşfiyyat İdarəsinin səlahiyyətindədir.
Cümə axşamı o, dostuna təhlükəsizlik orqanlarının təkidi ilə mobil telefonunu təhvil verməli olduğunu deyib.
Donald Trampla danışan dostu Associated Press-lə söhbəti zamanı adının açıqlanmasını istəməyib. Belə ki, o, özəl bir söhbəti mətbuata çatdırıb.
Trampın Barak Obamanın öz şəxsi telefonunu təhlükəslik səbəbələri ilə Blackberry telefonuna dəyişməsini davam etdirib-etdirmədiyi bəlli deyil.
Prezidentlik tənhalıq, ictimaiyyətdən təcrid edilmək deməkdir. Belə ki, ali baş komandan təhlükəsizlik səbəblərinə görə, ictimaiyyətlə distansiya saxlamalıdır.
Obamanın bir çox fəaliyyətlərinə məhdudiyyətlər tətbir edilirdi. Onun telefon nömrəsini bə ya email ünvanını bir neçə yaxın adamdan başqa heç kim bilmirdi.
Emaildən istifadə etməyən Tramp vəzifə müddətində istifadə edəcəyinə aydınlıq gətirərək tweet hesabını saxlayacağını bəyan edib. Səhər tezdən və ya gecələr fikirlərini paylaşan Tramp bəzi hallarda səsli mesaj da qoyur.
VOİCEPRESS “Amerikanın səsi”nə istinadən bildirir ki, senator Bob Korker Trampın tanımadığı nömrələrə cavab verməsi ilə onu rahatlıqla tapmaq olduğunu bildirib.
Yardışmçılar üçün başağrısı
Xarici liderlər və diplomatlar Trampa rahat zəng edilməsindən istifadə edir. Bəziləri prezident ofisinə çevriləcəyi ümidi ilə Tramp qülləsinə belə telefon açır. Məsələn, Avstraliyanın baş naziri Trampın nömrəsini qolfçu Qreq Normandan alıb.
Bu isə onun yardımçılarına başağrısı verir. Qızıl Qlobus tədbirində aktrisa Meril Stripin Trampı tənqid etməsindən sonra növbəti prezident onu tənqid edərək, mətbuatın yalanlarına uyduğunu deyib.
Bu isə öz növbəsində Trampın komandasının işinə kölgə salıb.
Vaşinqtonda, Kapitoli təpəsində ABŞ-ın yeni, 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.
Mərasimdən əvvəl Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pensin andiçmə proseduru olub.
VOİCEPRESS ABC-yə istinadən bildirir ki, Donald Tramp iki Bibliyada and içib. İlk Bibliyanı anası ona 1955-ci ildə bazar məktəbini bitirməsi münasibətilə hədiyyə edib. İkinci Bibliya isə ABŞ-ın 16-cı prezidenti Avraam Linkolna məxsusdu.
İnauqurasiya mərasimində 800 mindən artıq insan iştirak edib.
Mərasimdən sonra Donald Tramp senator və konqresmenlərlə təntənəli nahara qatılacaq, sonra təntənəli paradı qəbul edəcək və xanımı Melaniya Tramp ilə bir neçə balda iştirak edəcək.
VOİCEPRESS.AZ