Tramp ilk dəfə olaraq mətbuat konfransı keçirəcək

6 Yanvar, 22:29

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ilk dəfə olaraq yanvarın 11-də mətbuat konfransı keçirəcək.

VOİCEPRESS-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ağ evin mətbuat katibi vəzifəsinə namizəd Şon Spayser bildirib.

“Mətbuat konfransı yanvarın 11-də Nyu-Yorkda, saat 11:00-da başlayacaq”, deyə Ş.Spayser qeyd edib.

Onun sözlərinə görə, konfransda Donald Tramp geniş əhatəli müxtəlif mövzulara toxunmaq niyyətindədir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here