Bolqarıstanda güclü qar fırtınası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
VOİCEPRESS-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 400 yaşayış məntəqəsi elektrik enerjisi təchizatından məhrum olub.
Ölkənin şimal-şərq bölgəsində nəqliyyatın hərəkəti iflic olub. Qatarlar böyük fasilələrlə işləyir.
Sinoptiklər qeyr-sabit qarlı havanın yanvarın 8-dək davam edəcəyini bildiriblər.
VOİCEPRESS.AZ