Təyyarənin dağıtdığı evlərin sakinləri üçün çadırlar qurulub

16 Yanvar, 12:02

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Boeing 747 təyyarəsinin qəza uğraması nəticəsində zərər görmüş yaşayış evlərinin sakinləri üçün çadırlar qurub.

VOİCEPRESS bu barədə RİA Novosti agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here