Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməli qoyuldu

16 Yanvar, 12:14

Yanvarın 16-da Bakıda Pirallahı Sənaye Parkında “Caspian Pharmed” əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, təməlqoyma mərasimində İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.

Layihənin tərəfdaşları “TPİCO” (İran İslam Respublikası) 49 faiz, “Azersun Holdinq” 26 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibinə malikdirlər. Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.

Məlumat verilib ki, birinci mərhələdə zavodun istehsal gücü ildə 200 milyondan çox həb və kapsula, 54 təsiredici maddəyə, 84 adda dərman preparatına malikdir.

Təməlqoyma mərasimi çərçivəsində tərəfdaşlar arasında səhmdarlar arasında saziş imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here