Samir Nasri 4 illik diskvalifikasiya oluna bilər

7 Yanvar, 08:32

“Sevilla”da çıxış edən Samir Nasri 4 il müddətinə futboldan uzaqlaşdırıla bilər.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, Ümumdünya Dopinq Agentliyi (WADA) onun qadağan olunmuş preparatdan istifadə etməsindən şübhələnir. Buna görə İspaniya Antidopinq agentliyi Nasrinin qanından analiz götürəcək.

Fransalı futbolçu Los-Ancelesdəki “DripDoctors” klinikasında vitamin müalicəsindən keçib. Bu üsul dopinqin izlərini orqanizmdən silə bilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here