İran ABŞ vətəndaşlarını ölkəyə buraxmayacaq

31 Yanvar, 17:25

İran Vaşinqtonun bir sıra müsəlman ölkələrinə viza məhdudiyyəti tətbiq etməsi qərarına cavab olaraq ABŞ vətəndaşlaırna viza verilməsini dayandıracaq.


VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

İranlı nazir bu qaydalardan istisnanın mümkün ola biləcəyini deyib. O qeyd edib ki, bu halda İran XİN müvafiq müzakirədən sonra qərar qəbul edəcək.

Qeyd edək ki, bir qədər əvvəl İranda Donald Trampın fərmanına cavab tədbirlərinin həyata keçirilməsi üçün qurumlararası komissiyanın yaradılması barədə məlumat verilmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here