Qırğızıstanda bu gün təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq

17 Yanvar, 10:08

Bu gün Qırğızıstanda qəzaya uğrayan təyyarənin qurbanlarının xatirəsinə matəm elan edilib. VOİCEPRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, qaranlığın düşməsi ilə bağlı dayandırılan xilasetmə-axtarış işlərinə saat 08-dən (Bakı vaxtı ilə 06:00) etibarən yenidən başlanılıb.

Axtarış işlərində canlı qüvvə ilə yanaşı xüsusi texnikadan da istifadə edilir. FHN rəhbəri Kubatbek Boronov dağıntılar altında meyitlərin ola biləcəyini istisna etməyib.

Artıq qəza yerində xırda dağıntılar təmizlənib. İndi əsas məsələ “Boeing”in iri frangmentləri ilə bağlıdır.

Günün ikinci yarısında Qırğızıstana Beynəlxalq Aviasiya Komitəsinin ekspertlərinin gələcəyi gözlənilir. Təyyarənin qara qutusu açılması üçün onlara təqdim ediləcək.

Türkiyəyə məxsus yük təyyarəsi Honk Konqdan İstanbula uçarkən qəzaya uğrayıb. Təyyarə ötən gün Bişkekdə yanacaq doldurmalı idi. Ancaq Manas hava limanına bir neçə km qalmış “Boeing 747” yaşayış evlərinin üzərinə düşüb. Ən son məlumata görə, qəza 37 nəfərin ölümünə səbəb olub. Onlardan 4-ü təyyarənin heyət üzvi, qalanları isə adıçəkilən ərazidə yaşayanlar olub.

Qəza zamanı onlarla ev də dağılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here