Dollarla burun silib, od vurdular-VİDEO

17 Yanvar, 10:02

Türkiyədə dolların məzənnəsinin sürətlə artmasına qarşı qeyri-adi aksiya keçirilib.

VOİCEPRESS-in “haberler.com”a istinadla verdiyi məlumata görə, Adıyamanda dollar yandırılıb. Kənd və məhəllə Muxtarları (kənd və qəsəbə idarəçiləri) dayanışma dərnəyi başçısı Abdulkadir Geylani Taş və dərnək üzvləri milli valayuta olan lirəyə dəstəklərini belə nümayiş etdiriblər.

Muxtarlar onlarla saxta dollarla burun silib, sonrada onlardan tonqal qalayıblar.

“Türkiyəyə 15 iyul çevriliş cəhdindən sonra da xain hücumlar davam edir. Dollar və avronun başını alıb getdiyi bu günlərdə vətəndaşlarımızı çətin vəziyyətə salmaq məqsədilə iqtisadi təzyiqlər də artıb. Özünü 1 dollara satan alçaqlar, xainlərə səslənirik. Pul üçün ölkə, vətən satılmaz”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here