Pakistanın Kurram qəbilələr vilayətindəki Paraçinar şəhərindəki meyvə-tərəvəz bazarında törədilmiş partlayış nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb. Doxsana yaxın adamın yaralandığı bildirilir.
VOİCEPRESS xəbər verir ki, Pakistan mətbuatının yazdığına görə, bomba bazardakı tərəvəz konteynerində gizlədilib və partlayış vaxtı bazarda çoxlu adam olub.
Terrror aktına görə məsuliyyəti Pakistanda fəaliyyət göstərən “Laşkar-e Canqvi” və “Təhrik-e Taliban Pakistan” qruplaşmaları öz üzərinə götürüb.
VOİCEPRESS.AZ