Londonda Tramp əleyhinə aksiya: 100 min insan

22 Yanvar, 00:03

Londonda qadın haqlarına dəstək aksiyasında 100 mindən çox insan iştirak edib.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ səfirliyi qarşısında başlayan aksiyada iştirak etmək üçün əvvəlcədən 15 min nəfər qeydiyyatdan keçib. Lakin qısa müddət sonra etirazçıların sayı 100 min nəfəri keçib və piket faktiki olaraq, Donald Trampın ABŞ prezidenti seçilməsinin əleyhinə yürüşə çevrilib.
Etirazçılar ABŞ səfirliyinin qarşısında başlayan yürüş Londonun mərkəzinədək davam edib və Trafalqar meydanında mitinqlə davam edib.

Qeyd edək ki, mitinqə Londonun meri Sadiq Xan, onun həyat yoldaşı, reqbi üzrə İngiltərə yığmasının kapitanı Kris Ropşou və tanınmış aktrisa Rebekka Holl da qatılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here