Kerri qadınlara qatıldı, Trampa etiraz elədi

22 Yanvar, 09:14

Yanvarın 20-də ölkənin yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri Vaşinqtonda dövlət başçısına qarşı keçirilən “Qadınlar yürüşü”nə qatılıb.

VOİCEPRESS bildirir ki, Amerikanın CBS telekanalı kütləvi nümayişi canlı yayımlandırıb.
Con Kerri mitinqə Ben ləqəbli iti ilə gəlib. Tezliklə nümayişçilər onu əhatəyə alıblar. Sabiq dövlət katibi başına toplaşanları salamlayıb və onlarla əl sıxaraq minnətdarlıq bildirib. Bununla belə, bəziləri onu “hərbi cinayətkar” adlandırıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here