Özünü asan 22 yaşlı oğlanı həyata qaytardılar

24 Yanvar, 11:13

Ötən gün Gədəbəydə Çaldaş kəndində intihara cəhd etmiş İbrahimov Ramin Nadir oğlunun həyatını xilas etmək mümkün olub.

VOİCEPRESS xəbər verir ki, trend-ə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasınnı reanimasiya şöbəsinin müdiri Cövdət Hacıyevin verdiyi məlumata görə, həmin şəxsi son anda xəstəxanaya çatdırıblar və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Həkimin verdiyi məlumata görə, hazırda E.İbarhimov ağır vəziyyətdədir və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

10:07

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

VOİCEPRESS xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğundan trend-ə verilən məlumata görə, hadisə yanvarın 23-də axşam saat 19 radələrində rayonun Çaldaş kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasına məxsus tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here