Elmar Məmmədyarov Sergey Lavrovla görüşəcək

24 Yanvar, 11:11

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.

Səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistan xarici işlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və S.Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə ediblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here