Şimali Koreyada xalq arasında səssiz şəkildə etirazlar artmağa başlayır. Kim Çen İnin sayılı günləri qalıb.
VOİCEPRESS axar.az-a istinadən bildirir ki, bu iddianı Şimali Koreyadan olan keçmiş diplomat Tha Yang Yo irəli sürüb.
Siyasətçi bildirib ki, ötən illərə nisbətdə xalq artıq etirazını müxtəlif şəkildə ifadə edir:
“Müqavimət asta şəkildə artır. İnsanlar artıq məcburi qaydalara etiraz edirlər. Doğrudur, çevriliş cəhdi ehtimalı olduqca azdır. Lakin Kim Çen İnin sayılı günləri qalıb”.
Yo qeyd edib ki, kommunist rejimini xarici təsirlərin nəticəsində məhv etmək mümkün olacaq.
VOİCEPRESS.AZ