Bakıda 50 ailəyə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib

0
314412

Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib. Səbəb kimi isə binanın qəzalı vəziyyətdə olması göstərilib. Sakinlər uşaqlı-böyüklü hamısı gecə vaxtı həyətə çıxıblar.

VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43- də yaşayan sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.

Sakinlərin sözlərinə görə, onlara kirayədə qalmaq üçün ailə başına 200 -300 manat miqdarında pul təklif edilir. Ancaq sakinlər bununla razılaşmır.

Sakinlər qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən də narazıdırlar.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov “Xəzər Xəbər”ə bildirdi ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür. Baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün də bütün kommunal xidmətlər dayandırılıb. Sakinlərə köçürüləcəkləri barədə 1 həftə əvvəl xəbər verilib. Nə qədər kirayə pulu veriləcəyi isə hələlik dəqiqləşməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here