Türkiyə Afinanın qərarına etiraz edir

26 Yanvar, 21:28

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Ali Məhkəməsinin Fəthullahçı terror təşkilatının (FETÖ) bu ölkəyə qaçmış 8 üzvünü geri qaytarmaqdan imtina edilməsinə dair qərarına kəskin etirazını bildirib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə XİN-dən bununla bağlı verilən yazılı açıqlamada deyilir: Türkiyədə demokratik quruluşu hədəfə alan, 248 vətəndaşımızın şəhid olması, 2193 nəfərin isə yaralanması ilə nəticələnən dövlət çevrilişi cəhdində fəal iştirak edən şəxslərin ölkəmizdə ədalət mühakiməsi qarşısına çıxarılmasına maneçilik törədən bu qərara etiraz edirik.

Açıqlamada qeyd olunur ki, Yunanıstan Ali Məhkəməsinin bu qərarına qarşı bütün hüquqi vasitələrdən istifadə ediləcək, cinayətkarların geri qaytarılması və mühakimə olunması istiqamətində səylər davam etdiriləcək. XİN-in açıqlamasında, eyni zamanda, qərarın siyasi amillərlə bağlı olduğu vurğulanır, bu addımın ikitərəfli və regional məsələlərdə birgə fəaliyyətə təsiri ilə bağlı dəyərləndirmələrin aparılacağı bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here