“Real” qalib gəldi

22 Yanvar, 09:25

İspaniya La Liqasında 19-cu tura start verilib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyununda “Las Palmas” “Deportivo”yla 1:1 hesablı heç-heçə edib.

Lider “Real” dünən meydana çıxıb. Son iki oyunu məğlub başa vuran (La Liqada “Sevilya”ya, kubokda “Selta”ya) “kral klubu” mənfi seriyaya “Malaqa”yla ev oyununda son qoyub.

Madridlilərin ən yaxın izləyicisi “Sevilya” isə bazar günü turnir cədvəlinin “zirzəmi”sində qərarlaşmış “Osasuna”nın qonağı olacaq.

Turun son oyununda “Barselona” səfərdə “Eybar”la qarşılaşacaq.

İspaniya La Liqası
XIX tur

20 yanvar

“Las Palmas” – “Deportivo” – 1:1
Qollar: Mateo Qarsiya, 13 – Florin Andone, 69.

21 yanvar

“Espanyol” – “Qranada” – 3:1
Qollar: Xose Antonio Reyes, 11. Pablo Piatti, 33. Markos Navarro, 49 – Andreas Pereyra, 23.

“Real” – “Malaqa” – 2:1
Qollar: Ramos, 35, 43 – Xuanpi, 63
“Alaves” – “Leqanes” – 2:2
Qollar: Laqardiya, 15, Mendez, 51 – Gerrero, 45, İnsua, 84

“Vilyarreal” – “Valensiya” – 0:2
Qollar: Soler, 35, Mina, 42

22 yanvar

15:00 “Osasuna” – “Sevilya”
19:15 “Atletik” – “Atletiko”
21:30 “Betis” – “Sportinq”
21:30 “Real Sosyedad” – “Selta”
23:45 “Eybar” – “Barselona”

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here